Himnimizə sayğısızlıq edən tiktoker üzr istədi - VİDEO

22:54 - 10 Yanvar 2023 - Cəmiyyət

Azərbaycanda Ləman adlı tiktoker Azərbaycan himninə qarşı hörmətsizlik edib

Ucnoqta.az xəbər verir ki, tiktoker himnimizin sözlərini təhrif edərək oxuyub. Onun bu görüntüləri sosial şəbəkədə tənqid edilib.

Bununla bağlı DİN Mətbuat xidmətindən bildirilib ki, vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşimançılığını ifadə edərək, üzrxahlıq edib, səhifələrindən paylaşımı silib.

Emin

 

Xəbər xətti