Luis Enrike ilə yollarını ayıran futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.
Ucnoqta.az xəbər verir ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb.
O, buna qədər İspaniyanın U-21 yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, İspaniya yığması futbol üzrə 2022-ci il dünya çempionatının 1/8 finalında Mərakeş millisinə məğlub olaraq mundialda mübarizəni dayandırıb. Bundan sonra baş məşqçi Lusi Enrike millidən uzaqlaşdırılıb.