Ucnoqta.az
www.ucnoqta.az

İspaniya millisinin yeni baş məşqçisi bəlli olub

16:40 - 8 Dekabr 2022 tarixində dərc olunub.

Luis Enrike ilə yollarını ayıran futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.

Ucnoqta.az xəbər verir ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb.

O, buna qədər İspaniyanın U-21 yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, İspaniya yığması futbol üzrə 2022-ci il dünya çempionatının 1/8 finalında Mərakeş millisinə məğlub olaraq mundialda mübarizəni dayandırıb. Bundan sonra baş məşqçi Lusi Enrike millidən uzaqlaşdırılıb.

Müəllif: