"Bu təxribatçı fəaliyyətin hesabı Volkovdan mütləq soruşulmalıdır" - Ekspert

14:20 - 7 Dekabr 2022 - Cəmiyyət

Rus sülhməramsızlarının nəzarət buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir.

Ucnoqta.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Ə. Verdiyev bildirib ki, onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir: 

"Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir.
Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır".

Ruhəngiz
 

Xəbər xətti