İsmayıllıda avtomobil "Şəhidlər bulağı"na çırpılıb, xəsarət alanlar var

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 1978-ci il təvəllüdlü Babalı Babaxan Niyaz oğlu "QAZ 3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən dumanlı hava səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq kəndin mərkəzindəki "Şəhidlər bulağı" abidə kompleksinə çırpılıb. Hadisə zamanı bulağın bir hissəsi dağılıb, sürücü Babaxan Babalı və həmkəndlisi olan sərnişin, 1989-cu il təvəllüdlü Nəcəfov Elçin Savalan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
6 Dekabr 2022 [19:53]
Müəllif
Üç nöqtə
2022-12-06 19:53:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin