Xalq artisti Flora Kərimova plastik əməliyyat etdirib.
Ucnoqta.az xəbər verir ki, Xalq artisti ilk dəfə Xoşqədəm Hidayətqızının təqdimatı ilə ARB kanalında yayımlanan “Günaydın Azərbaycan” proqramına qonaq olarkən bildirib.
O, plastik əməliyyat etdirsə də, uğursuz alındığını bildirib:
“Taxdığım eynəyi çıxara bilmirəm. Bir naşının əlinə düşdüm və yöndəmsiz əməliyyat etdi. Bu gün-sabah da o naşının sözünü deyəcəyəm. Bura da elə həvəslə gəlmişəm. Bir saat güzgüyə baxdım ki, bəlkə, eynəksiz yaxşı olar. Plastik əməliyyat idi, heç lazım deyildi”.