Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.
Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.
14:22
Tanzaniyada göyərtəsində 49 sərnişin və 4 heyət üvü olan “ATR 42-500” təyyarəsi Viktoriya gölünə düşüb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, “Precision Air” aviaşirkətinə məxsus təyyarə Dar-es-Salamdan Bukobaya uçurmuş.
Təyyarədə olan 49 nəfərdən 24- xilas edilib. Digr sərnişinlər barədə məlumat yoxdur.