ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə çıxan qadın üçüncü dəfə ailə qurduğu gəlininin oğlunu ona göstərmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, ana oğlu Haqverdi Haqverdiyevin bir neçə dəfə ailə qurduğunu deyib. O, qeyd edib ki, üçüncü gəlini Rəvanə Nəcəfova evlərinə gəlin gəldikdən bir neçə müddət sonra atası evinə qaçıb. Bundan sonra oğlu da onun yanına qalmağa gedib. Qadın gəlini ilə bağlı ittihamlar irəli sürüb.
Onun dünyaya gətirdiyi uşağın oğlundan olmadığını iddia edib.