Bakının Nizami rayonunda avtobus əyləc sistemində nasazlıq səbəbindən yaxınlıqdakı mağazanın divarına dəyib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Ucnoqta.az-a bildirilib ki, hadisə C.Naxçivanski küçəsində qeydə alınıb.
“BMC” markalı avtobus "Bakubus MMC"nin istismarındadır və 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusa və mağazaya ziyan dəysə də, heç kim xəsarət almayıb.
BNA hadisə ilə bağlı araşdırma aparır, MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.