Xoşqədəm Hidayətqızı Türkiyədə mükafata layiq görülüb.
Ucnoqta.az xəbər verir ki, "Mersin Altın Kelebek Ödülleri" gecəsində aparıcının mükafatı həyat yoldaşı, türkiyəli müğənni Doğuşa həvalə edilib.
"Yılın uluslararası kadın sunucusu" nominasiyasına layiq görülən aparıcı "Sevgi, məlumat və çalışmağın nə vətəni, nə də gömrük divarları, nə də forması olur - Siqmund Freud.
Həqiqətən də elədir. Bu mükafatı aldığımı bildiyim an nə yalan deyim, duyğulandım. Canım Türkiyəm, sevginiz, dəyəriniz üçün sizlərə təşəkkür edirəm. Sevgili yol yoldaşım, sirdaşım, dostum, ömür yoldaşım, Doğuş, nə yaxşı varsan" - deyə, aparıcı paylaşımında yazıb.