Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bu barədə Ucnoqta.az-a "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.
Qeyed edək ki, avtomobillərin hərəkətində problemlər yaranıb.