Şagird məktəbdə sinif yoldaşını bıçaqlayıb polisə təslim oldu

Sentyabrın 24-də Xırdalan şəhəri 7 saylı orta məktəbdə şagird bıçaqlanıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü şagird sinif yoldaşı, 2005-ci il təvəllüdlü şəxsə bıçaqla xəsarət yetirib.

Hadisə saat 13 radələrində baş verib. Bıçaqlanan şagird xəstəxanaya çatdırılıb.

Sinif yoldaşını bıçaqlayan yeniyetmə hadisədən sonra Abşeron Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
26 Sentyabr 2022 [16:49]
Müəllif
Üç nöqtə
2022-09-26 16:49:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin