"Qafqazda bizim də müəyyən həmlələrimiz olacaq" - Ərdoğan

20:32 - 22 Sentyabr 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran prezident bunları deyib:

"Pelosinin Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur. Bu səfərin bir çoxlarını narahat etdiyini bilirəm, amma şişirtməyə ehtiyac yoxdur. İndi bəzi hazırlıqlar görürük. Bu məsələlərlə bağlı Qafqazda bizim də müəyyən həmlələrimiz olacaq. Hələlik yalnız planlaşdırma prosesindəyik. Biz cənab İlham Əliyev qardaşımızla da bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.

Xəbər xətti