Şahmatçımız dünya birinciliyində gümüş medal qazandı

17:26 - 17 Sentyabr 2022 - İDMAN

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında dünya birinciliyi keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 Bildirilib ki, şahmatçımız Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.

Digər təmsilçilərimiz Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıblar.

Şahmatçılarımız sonuncu dəfə 18 yaşadək idmançılar arasında dünya çempionatında 2013-cü ildə medala layiq görülüblər. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutub.

 

Xəbər xətti