“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

21:10 - 15 Sentyabr 2022 - İDMAN

Avropa Liqasının “Qarabağ” – “Nant” oyununda bir dəqiqəlik sükut olub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunun Bakıda keçirilən matçının start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq bir dəqiqəlik sükut edib.

Bununla da Azərbaycan – Ermənistan sərhədində şəhid olanların xatirəsini yad edib. Allah rəhmət eləsin!

UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb. Sentyabrın 13-də başlayan döyüşlər zamanı şəhid olduğu açıqlanan 71 hərbçinin xatirəsi yad edilib.

Görüşdən öncə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” tipli vətənpərvər şüarlar səsləndirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma saat 20:45-də başlayıb.

 

Xəbər xətti