“Qarabağ”la oyuna hazırıq” - Lüdovik Blas

21:26 - 14 Sentyabr 2022 - İDMAN

“Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq”.

Bunu Fransanın “Nant” komandasının futbolçusu Lüdovik Blas “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
25 yaşlı yarımmüdafiəçi Yunanıstan “Olimpiakos”u ilə görüşdən sonra bəzi çətinliklərin olduğunu bildirib:

“Buna baxmayaraq, sabahkı matçda yaxşı oynamaq istəyirik”.

Blas “Nant”ın stabil çıxış edə bilməməsi barədə də danışıb:

“Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə çıxış etdiyimizi deyə bilmərəm”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Xəbər xətti