"Yuventus" və "Salernitana" komandaları arasında keçirilmiş İtaliya A Seriyasının VI tur oyununda kütləvi dava olub.
Hadisə Turin təmsilçisinin hücumçusu Arkadiuş Milikin 90+3-cü dəqiqədə vurduğu qolun ləğv edilməsindən sonra baş verib.
Baş hakim VAR-dakı beş dəqiqəlik yoxlamanın ardından qolu qeydə almayıb. Bundan sonra yan xətdə oyunçular arasında dava düşüb.
Nəticədə "Yuventus"dan Milik ikinci sarı vərəqə, Xuan Kuadrado və baş məşqçi Massimiliano Alleqri, qonaqlardan isə Federiko Fasio birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Turin klubu ilk hissədə 0:2 hesabı ilə geridə olub.///report