İstehsal edilən üç Pagani Zonda Barchetta superkarından biri Xorvatiyada qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki , o, yoldan keçən Ford Fiesta ilə toqquşub.
Hadisə yerindən çəkilən fotolarda avtomobilin sol tərəfinin və arxa hissəsinin ciddi zədələndiyi görünür. Avtomobilin sol arxa təkəri də qopub. Qəza Paqani digər superkarların karvanı ilə küçə ilə hərəkət edərkən baş verib. İlkin məlumata görə, sürücülər xəsarət almayıb.
Ehtimallara görə, avtomobil Rusiyanın TopCar tüninq studiyasının yaradıcısı Oleq Eqorova məxsusdur. Üç gün əvvəl Instagram-da o, boz rəngli Pagani Zonda Barchetta markalı avtomobilin fotosunu yerləşdirib və bu avtomobilin Zaqrebdə keçiriləcək Supercar Owners Circle tədbirinə hazırlandığını elan edib.
Qəza zamanı xarab olan avtomobillə eyni nömrəli avtomobilin fotoları Yeqorovun səhifəsində onun hesabının işarəsi ilə Stories-də dərc edilib. Top Gear-ın məlumatına görə, belə superkar 2018-ci ildə 15 milyon avroya başa gəlib.