“Sent-Etyen”in məşqçisi İbrahima Vadjini təriflədi: “Çox qaçır, sürətlidir”

17:12 - 30 Avqust 2022 - İDMAN

“Fransaya və xüsusən, “Sent-Etyen” kimi bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Kollektivlə bərabər məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm”.

Bu sözləri  Ağdamın “Qarabağ” klubunu tərk edərək “Sent-Etyen”ə keçən futbolçu İbrahima Vadji Fransa klubunun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı hücumçu hazırda özünü yaxşı hiss etdiyini və yeni komandasının formasını geyinməyə hazır olduğunu bildirib.

Öz növbəsində “Sent-Etyen” klubunun baş məşqçisi Loran Battls İbrahima Vadji haqda yüksək fikirlər səsləndirib:

“Heyətimizi sürətli və qol vurmağı bacaran bir oyunçu ilə gücləndirmək lazım idi. İbrahima meydanda çox qaçır, rəqibə davamlı pressinq edir və o bu mövsüm uğurlu olmağımıza kömək edəcək. O, oynadığı bir çox avrokubok matçlarında yüksək səviyyədə çıxış edib”.///oxu.az

Xəbər xətti