"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.
Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.
Klub adından ona təşəkkür edilib və uğurlar arzulanıb.
Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib.