Frenki de Yonq "Barselona"da qalacaq

20:00 - 27 Avqust 2022 - İDMAN

Niderland millisinin futbolçusu Frenki de Yonq İspaniyanın "Barselona" klubunda qalacaq.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi uzun müzakirələrdən sonra bu qərarı verib.

Oyunçu maaşının tənzimlənməsi üçün Kataloniya təmsilçisi ilə danışıqlara hazırdır.

Qeyd edək ki, Frenki de Yonq ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Xəbər xətti