“Qarabağ”ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada “Frayburq”a qarşı keçirəcək.
“Köhlən atlar” sentyabrın 15-də Bakıda Fransa “Nant”ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.
“Qarabağ” V turda səfərdə “Nant”la, sonuncu turda isə Bakıda “Frayburq”la üz-üzə gələcək.///oxu.az