Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
Federasiyadan verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşmalar sentyabrın 19-da və 20-də olacaq.
Qeyd edək ki, daha əvvəl yığmanın Türkmənistanla görüşləri ləğv olunub.