Azərbaycan futbol millisinin sabiq oyunçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda etdiyi səhvə görə tənqid edənləri təhqir edib.
Ucnoqta.az xəbər verir ki, Ruslan Qurbanov bununla bağlı sosial şəbəkədə paylaşım edib:
"Dünən Şah-Şah qışqırırdız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şahın milli və kluba nə qədər xeyir verdiyini tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq".