"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra paylaşım edib.
28 yaşlı qolkiper instaqram hesabında "Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm" yazıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "köhlən atlar"ın buraxdığı birinci qolda irəli çıxaraq səhvə yol verib.