Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Ucnoqta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" Çexiyada “Viktoriya”nın qonağı olub və 1:2 hesabı ilə uduzub. İlk görüşdə də qolsuz bərabərə qalan Ağdam təmsilçisi ÇL-də mübarizəni dayandırıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda çıxışını Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
23 avqust
Çempionlar Liqası
Pley-off, cavab oyunu
23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena
İlk oyun - 0:0