Avropa çempionatı: Azərbaycanın idman gimnastı finala yüksəlib

13:11 - 19 Avqust 2022 - İDMAN

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

26 yaşlı idmançı təsnifat mərhələsində halqalar ilə hərəkətlərdə hakimlərdən 14,600 xal alıb.

Simonov bu göstərici ilə 5-ci yeri tutaraq, finala vəsiqə əldə edib.

Qeyd edək ki, Nikita Simonov ötən gün başa çatan V İslam Həmrəyliyi Oyunlarında halqalar ilə hərəkətlərdə gümüş medal qazanıb./report

Xəbər xətti