Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi

20:22 - 8 Avqust 2022 - İDMAN

Qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşünü keçirib.

Ucnoqta.az xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib - 4:0.

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. 16 xalı olan yığma hazırda turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb.

Sabah olimpiadada son tur oynanılacaq.

Xəbər xətti