"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
O, Qazaxıstanda "Kızıljar" və Kipr APOEL-i arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, görüş Avqustun 11-də keçiriləcək. İlk qarşılaşmada Nikosiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.