Çempionlar Liqası: “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib

15:30 - 2 Avqust 2022 - İDMAN

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.

Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Ferensvaroş” səddini adlasa, “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə görüşəcək. Azərbaycan və Macarıstan çempionlarının duelində qalib gələn komanda ilk oyunu evdə keçirəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Bolqarıstan “Lüdoqorets”ini keçsə, “Bodo Qlimt” – “Jalgiris” cütünün qalibi ilə görüşəcək. Mahirin komandası bu mərhələyə yüksəlsə pley-offa səfərdə başlayacaq. Türkiyə çempionu “Trabzonspor” Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq. İlk oyun şimallıların meydanında baş tutacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 16-17-də və 23-24-də baş tutacaq.

 

Xəbər xətti