Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Ucnoqta.az xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatmada Azərbaycan çempionu "Qarabağ" da təmsil olunacaq. ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü “səpələnməmişlər” səbətində yer alıb.
Cütün qalibi pley-off mərhələsində aşağıda adları qeyd olunan komandalardan biri ilə qarşılaşacaq:
"Kopenhagen" (Danimarka)
"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.