Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli məlum bəlli olub.
Ucnoqta.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək.
2022/2023 mövsümünə avqustun 5-də "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Zirə" matçı ilə start veriləcək. "Qarabağ" "Azersun Arena"da "Səbail"lə qarşılşacaq.
Avqustun 7-də "Şamaxı" - "Neftçi" və "Sabah" - "Sumqayıt" görüşləri oynanılacaq. Turun son matçı isə avqustun 8-də Tovuzda "Turan Tovuz"la "Qəbələ" arasında olacaq.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
5 avqust (cümə)
19:30. “Kəpəz” – “Zirə”
"Dalğa Arena".
6 avqust (şənbə)
20:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena".
7 avqust (bazar)
17:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu.
19:15. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena".
8 avqust (bazar ertəsi)
17:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu.