Argentina Regional Liqasında keçirilən “İndependensiya de Çaves” və “Deportivo Qarmense” matçında qalmaqal baş verib.
Qarşılaşmada qonaq komandanın futbolçusu Kristian Tiro oyunun qadın baş hakimi Dalma Kortadiyə hücum edib və onu yumruqla vurub.
O, hakimin qərarından narazı qaldığı üçün bu addımı atıb. Oyun yarımçıq dayandırılıb və futbolçu həbs edilib.///qafqazinfo