Mahir Emreli: "Qol mənim üçün desert oldu"

10:57 - 30 İyul 2022 - İDMAN

"Şadam ki, biz qalib gəldik. Qol isə mənim üçün əlavə desert oldu. Vacib olan 3 xalı qazanmaq idi. Zədə məni uzun müddət narahat edi".

Bunu "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatının III turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldiklər matçdan sonra klubun televiziyasına açıqlamasında deyib.

25 yaşlı hücumçu daha əvvəl kürəyindəki zədədən əziyyət çəkdiyini xatırladıb: "Hazırda özümü yaxşı hiss edirəm və komandaya kömək etməyə hazıram. Növbəti görüşlərdə nə qədər şans qazanacağımı deyə bilmərəm. Ancaq əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, oyundan-oyuna öz formamı yaxşılaşdıracağam".

Emreli artıq 6 görüşü buraxdığını söyləyib: "Ağır zədədən sonra əvvəlki formaya geri qayıtmaq çətindir. Amma çalışacağam ki, əvvəlki formamı bərpa edim. Zədə həyatımızın bir hissəsidir. Biz möhtəşəm komandayıq və hamı ilə meydandan kənarda da yaxşı münasibətim var. Ona görə də zədəli olduğum vaxt psixoloji cəhətdən çətinlik çəkmədim".

Xəbər xətti