"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, Bakı klubu II təsnifat mərhələsinin cavab oyununda Kiprin "Aris" klubu ilə qarşılaşıb.
"Ağ-qaralar" rəqibinə 3 cavabsız topla qalib gəlib.
Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-də və 11-də baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0
Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 82
Baş hakim: Bastian Donkert (Almaniya)