"Sürix"in baş məşqçisi "Qarabağ"a məğlubiyyətdən danışdı
09:23 - 28 İyul 2022 - İDMAN
"Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik".
"Report"un məlumatına görə, bunu "Sürix"in baş məşqçisi Franko Foda İsveçrədə "Qarabağ"la əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis buraxdıqları ilk qolda pis müdafiə olunduqlarını bildirib: "Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı".
Foda nəticəyə görə məyus olduğunu söyləyib: "Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır".