"Qarabağ" növbəti mərhələdə

23:41 - 27 İyul 2022 - İDMAN

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçrədə "Sürix"lə qarşılaşıb. "Letsiqrund" stadionunda oynanılan qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ümumi hesabın nəticəsinə görə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul

21:00. “Sürix” – “Qarabağ” - 2:1, ə.v. 0:1

Xəbər xətti