"Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir".
Bunu Kiprin "Aris" klubunun prezidenti Vladimir Fyodorov "Championat"a açıqlamasında Azərbaycan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib deyib.
O bildirib ki, avrokuboklarda stabil olaraq çıxış etmək istəyirlər: "Ancaq bu, sadəcə irəliyə doğru bir addımdır. Biz Avropa arenasında stabil olmaq istəyirik".
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 28-də "Bakcell Arena"da oynanılacaq. Matçı saat 21:00-da başlayacaq./report