Heyvana işgəncə verən şəxslər saxlanıldı - VİDEO (YENİLƏNİB)

16:30 - 25 İyul 2022 - HADİSƏ

Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Ucnoqta.az-a bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

15:14

Neftçala rayonunda vəhşi heyvana işgəncə verilib.


Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, bir nəfər bel ilə çaqqalın başına vuraraq işgəncə verib və öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a bildirib ki, görüntülərlə bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər xətti