"Qalatasaray" hücumçusunu icarəyə verdi

18:08 - 22 İyul 2022 - İDMAN

"Qalatasaray" misirli hücumçusu Mustafa Məhəmmədi Fransanın "Nant" klubuna icarəyə verib.

Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  forvard satın alınma şərti ilə növbəti mövsümün sonuna kimi Liqa 1 təmsilçisində çıxış edəcək. Qarşı tərəf oyunçunu birdəfəlik transfer etmək istəsə, onda "cim-bom"a 5.75 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2020/21 mövsümünün ikinci yarısından oynadığı İstanbul təmsilçisində bütövlükdə bütün turnirlər nəzərə alınmaqla 58 matçda 17 qol vurub və 5 qol ötürməsi verib.

Xəbər xətti