UEFA Konfrans Liqasında Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, "Neftçi" II təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Aris" (Limassol) klubunun qonağı olub.
"AEK Arena"da oynanılan qarşılaşma "Neftçi"nin 0:2 məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Bakıda "Bakcell Arena"da keçiriləcək.
Qeyd edək ki, "Aris" tarixində ilk dəfə olaraq avrokubok yarışlarına qatılırdı.