"Zirə" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, "Zirə" II təsnifat mərhələsinin ilk oyununda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Təl-Əviv təmsilçisindən qolları 18-ci dəqiqədə Qavriel Kanixovski, 22-ci və 54-cü dəqiqələrdə isə Corce Yovanoviç vurublar.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.