Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Zirə" və İsrailin "Makkabi" (Təl-Əviv) komandasının start heyətləri açıqlanıb.
"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, kollektivlər meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
"Zirə": 1. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 18. Slavik Alxasov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov
Baş məşqçi: Rəşad Sadıqov
"Makkabi": 1. Daniel Perets, 4. Enrix Saborit, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 99. Corce Yovanoviç
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitshak, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 30. Maor Kandil, 32. Dor Turgeman, 35. Roy Revivo, 37. Oskar Qlux, 77. Matan Hozez
Baş məşqçi: Vladimir İviç
Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.