“Qarabağ” “Sürix”ə qalib gəldi

21:55 - 19 İyul 2022 - İDMAN

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib. 

Ucnoqta.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşıb.

Qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu
19 iyul
 

20:00. Qarabağ – Sürix (İsveçrə) - 3:2

Qol: Kadi Borges, 17, Vadji, 36, 66 -  Yanik Brexer, 65, Mirlind Kryeziu, 85 (pen)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti