“Qarabağ” bu gün “Sürix”lə qarşılaşacaq

07:28 - 19 İyul 2022 - İDMAN

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxır.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Komandalar arasında cavab oyunu bir həftə sonra iyulun 27-də İsveçrədə keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun
19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti