Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verildi

14:59 - 16 İyul 2022 - İDMAN

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

Bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.

Xatırladaq ki, martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

 

Xəbər xətti