"Qarabağ" "Lex"lə cavab oyununa çıxır

08:52 - 12 İyul 2022 - İDMAN

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.

XatırladaqQarabağ" Poznandakı ilk qarşılaşmada rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

20:00. "Qarabağ" - "Lex" (Polşa)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

İlk oyun - 0:1

Xəbər xətti