“Geniş heyətimiz var. Bizi “Qarabağ”la çətin səfər matçı gözləyir”.
Apasport.az xəbər verir ki, bunu “Lex”in baş məşqçisi Con van den Brom Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu barədə danışarkən deyib.
Niderlandlı mütəxəssis qarşılaşmanın ağırlığını dərk etdiklərini vurğulayıb: “Bizi Bakıda ağır döyüş gözləyir. Şübhəsiz ki, çox çətin olacaq. Baş məşqçi kimi, sərəncamımdakı 22-23 futbolçunun hamısından istifadə edə bilərəm. Vəzifəmiz bütün oyunçuları hazır saxlamaqdır”.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.