2023-cü il Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün Belarusa yollanıb.
Federasiyadan verilən məlumata görə, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.
Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.
Qeyd edək ki, Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.