Rusiyalı milyarder 30 illik evlilikdən sonra boşandı

15:49 - 6 İyul 2022 - MARAQLI

Rusiyalı biznesmen Əlişir Usmanov və Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya yığmasının baş məqçisi İrina Viner rəsmi olaraq boşanıblar.

Bu barədə Baza teleqram kanalında məlumat yayılıb.

Bildirib ki, iyulun 4-də Moskvanın vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbələrindən birində milyarderlə məşqçi ayrılıblar.

Qeyd edək ki, 68 yaşlı Əlişir Usmanov və 73 yaşlı İrina Viner-Usmanova 1992-ci ildə evləniblər. Onların ortaq övladları yoxdur.

Xatırladaq ki, Əlişir Usmanov 11.5 milyard dollar sərmayə ilə Rusiyanın ən varlı insanlarının reytinqi cədvəlində yeddinci sırada dayanır.

Xəbər xətti